ABŞ-ın kommersiya aerokosmik şirkəti Axiom Space Türkiyə ilə ölkənin ilk astronavtını 2023-cü ilə qədər kosmosa göndərmək üçün müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Twitter hesabında bildirib ki, Türkiyənin yüzillik ildönümündə səyahət edəcək astronavt seçmək üçün Axiom Space ilə əməkdaşlıq etmək niyyətindədir.