Avropa İttifaqı Şurasının sədri Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Mişel “Twitter“ hesabında məlumat verib.
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində baş tutan görüşdə İran nüvə proqramı çərçivəsində birgə hərtərəfli fəaliyyət planının bərpa olunması müzakirə edilib.