"Yerablur" qəbiristanlığında ölən hərbçilərin valideynləri polis tərəfindən uzaqlaşdırılıb. 30-a yaxın valideyn isə saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarından etibarən qəbiristanlığına toplaşan valideynlər Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərin əraziyə buraxılmayacağını bildirib. Lakin polis tərəfindən ölən hərbçilərin valideynlərinə güc tətbiq edilib. Valideynlər kobud zorakılıqla çıxarılıb. Və bu zaman Paşinyan polisin səyi ilə qəbiristanlığına girə bilib.
Müharibədə övladını itirən valideyn yerli KİV-ə açıqlamasında Paşinyanı murdar adlandırıb:
"Bir daha bura gəlmə. Min dəfə demişik. Nə istəyirsən? Bu dörd kvadrat bizim mülkümüzdür, (övladının qıbrini nəzərdə tutur - red.) bizim mülkümüzə girməyinizi istəmirik, başqa necə deyək, başqa necə izah edək. Sənin gəlişinlə müqəddəs yerimiz murdarlanıb. Uşağı əlinlə öldürdün, indi gəlib aktyorluq edirsən. Oğullarımızın məzarları təmiz qalmalıdır".
Gülayə Mecid