Rusiyada ölkə prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik qərarı əleyhinə etiraz aksiyası planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə "Vesna" hərəkatının məlumatında deyilir.
Fəallar rusiyalıları ölkənin bütün şəhərlərində aksiya keçirməyə çağırır. Kampaniyanın bu gün, sentyabrın 21-i yerli vaxtla axşam saat 7-də (Bakı vaxt ilə 18:00) başlaması planlaşdırılır.
"Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bu o deməkdir ki, minlərlə rus kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibəyə atılacaq. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar nə üçün göz yaşı tökəcəklər. Putinin sarayı üçün?", - mesajda deyilir.
Xatırladaq ki, bu gün Putin çıxış edərək Rusiya Federasiyasında qismən səfərbərlik elan edib.
Ağarza Elçinoğlu