İranda bir neçə gün öncə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar səngimək bilmir.
"Unikal" xəbər verir ki, bu gün Tehranda baş tutan növbəti etiraz aksiyalarında narazı kütlə birləşərək polis qüvvələrini döyüb.
Bunun cavabında isə yerə yıxılan polis zabiti odlu silahla dinc etirazçılara atəş açmağa başlayıb.
“Azad İran” teleqram kanalının yazdığına görə, polisin silahla dinc etirazçılara atəş açması ətrafdakıların kəskin narazılığına səbəb olub, polis və hökumət qüvvələri ağır söyüşlərlə tənqid edilib.
İranın Kirmanşah şəhərində də polis qüvvələri dinc etirazçılara birbaşa atəş açıb. Etirazı yatırmaq üçün əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri motosikletlə aksiya iştirakçısı olan bir qadının üzərindən keçib.
Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən öldürülüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır.