"Rusiya prezidenti Vladimir Putinin Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib”
"Unikal" xarici mətbata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Putinin hərəkətləri BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.
"İndi Rusiya daha çox hərbçini döyüşlərə qoşulmağa məcbur edir. Kreml isə BMT nizamnaməsini çox ciddi şəkildə pozaraq Ukrayna ərazilərini ilhaq etməyə cəhd etmək üçün saxta “referendum” keçirir”, - deyə Bayden bildirib.
O vurğulayıb ki, dünya Putin rejiminin bu "qeyri-adi" hərəkətlərini olduğu kimi qəbul etməlidir. ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukraynada müharibə bir nəfərin - Putinin qərarı ilə başlayıb.
“Gəlin açıq danışaq. BMT Təhlükəsizlik Şurasının daimi üzvü qonşusunun ərazisini işğal edib, suveren dövləti xəritədən silməyə cəhd edib. Rusiya BMT Nizamnaməsinin əsas prinsiplərini həyasızcasına pozub”.