Fransanın cənub-şərqində uran zavodunda yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın Nüvə Təhlükəsizliyi Agentliyindəki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Fransa Nüvə Təhlükəsizliyi Agentliyi (ASN) yanğının EDF-nin Framatome bölməsi tərəfindən idarə olunan uran zavodunda baş verdiyini bildirib.
Şirkətin sözçüsü yanğının "nəzarət altında" olduğunu və işçilərin heç birinin xəsarət almadığını bildirib.