Braziliyanın San-Paulu əyalətinin Itapecerica da Serra bölgəsində müəssisələrə konteyner satışı və icarəsi ilə məşğul olan Multiteiner şirkətinə məxsus anbar çöküb.
"Unikal" xəbər verir ki, hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları göndərilib.
Yanğınsöndürmə briqadasının sözçüsü Luciana Soares bildirib ki, qəza anbarda olan 64 işçi və 2 parlament namizədi Cons Donizette və Ely Santos seçkidən əvvəl obyekti ziyarət edərkən baş verib. Səlahiyyətlilər hadisə nəticəsində 9 nəfərin həyatını itirdiyini, 28 nəfərin yaralandığını bildirib.