Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-24-də keçiriləcək BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün bu gecə Nyu-Yorka yola düşüb və bu sessiyada çıxış edəcək.
"Unikal" xəbər verir ki, səfər zamanı Nikol Paşinyanın müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan olan tərəfdaşları ilə görüşləri nəzərdə tutulub.