Yaponiya Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimaşi Hayaşi Nyu-Yorkda keçirilən Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.
Bildirilir ki, hərbi və müdafiə sahəsinə aid təşkilatlar sanksiya siyahılarına daxil ediləcək.
Daha əvvəl bildirilmişdi ki, Yaponiya müdafiə sektoru ilə əlaqəli Rusiya şirkətlərinə və təşkilatlarına qarşı ixrac sanksiyaları tətbiq edib.
Ümumilikdə yenilənmiş siyahıya “Almaz-Antey”, “Tactical Armament”, “VNII ETALON”, “Inteltech” və digərləri daxil olmaqla 71 şirkət daxildir.
Yaponiya həmçinin Rusiya Federasiyası, DXR və LXR-dən olan 133 nəfərə, o cümlədən Rusiyanın baş naziri Mixail Mişustinə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyevə, LXR və DXR liderlərinə qarşı sanksiya tətbiq edib.
Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Rusiyaya qarşı əlavə sanksiyalar, o cümlədən qabaqcıl mallara embarqo tətbiq etdiyini açıqlamışdı.
Gülayə Mecid