Pakistanın Orangi şəhərində ata 12 yaşlı oğlunu yandıraraq öldürüb.
"Unikal" xəbər verir ki, buna səbəb azyaşlının dərslərini oxumaması olub. Belə ki, ata oğlunun üzərinə kerosin tökərək onu qorxutmaq üçün kibrit yandırıb. Lakin ehtiyatsızlıqdan atanın əlindəki kibrit oğlunun üzərinə düşüb və uşaq yanıb.
Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Ata isə polis tərəfindən saxlanılıb.
Seymur Əli