Meksikanın Miçoakan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, 24,1 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Zəlzələ paytaxt Mexikoda da hiss olunub.
Xatırladaq ki, bazar ertəsi Meksikada qeydə alınan 7,4 bal gücündə zəlzələdə iki nəfər ölüb.
Seymur Əli