Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, onların ləğvi tənəzzül riskini azaldacaq və inflyasiyanın qarşısını alacaq.
Bundan əvvəl Viktor Orban bildirmişdi ki, anti-Rusiya sanksiyaları qaldırılarsa, Avropa iqtisadiyyatı bərpa oluna və tənəzzüldən qaça bilər.
Gülayə Mecid