Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistan Baş Qərargah rəisi, general-mayor Edvard Asryanla görüşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlama verib.
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki situasiya və yaranmış vəziyyətlə bağlı addımlar müzakirə edilib.