Rusiyada qismən səfərbərlik elan ediləndən vətəndaşlar ölkəni kütləvi şəkildə tərk etməyə başlayıb. Hətta Rusiya ilə qonşu olan ölkələrin sərhəd keçid məntəqələrində vəziyyət gərginləşib, uzunluğu kilometrlərlə ölçülən avtomobil növbələri yaranıb.
"Unikal" xəbər verir ki, Yuxarı Lars keçid məntəqəsində 17 kilometrlik növbə yaranıb.
Sürücülərin dediyinə görə, 42 saatdır növbə var. Növbə 17 kilometrə qədər uzanır. Sərhəddi keçmək istəyənlərin böyük əksəriyyəti əsasən 30-dan aşağı rus kişiləridir, yerliləri pulla sərhədə gətirirlər, gedib qayıdırlar. Xətt yerindən tərpənmir. Rus kişiləri portfelli olsa belə, sərhədi piyada keçir və ya pul verir ki, cərgədən çıxıb sərhədə çatsın”.
Qeyd edək ki, son vaxtlar Rusiyada elan edilən səfərbərliklə bağlı xeyli insan həm hava, həm də quru yolu ilə ölkəni tərk etməyə başlayıb.