Göygöldə qadın yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl rayon məhkəməsinin qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1990-cı il təvəllüdlü  A.Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov