İslam Respublikası ilə İsrail arasında müharibə başlayandan bəri İranda 823 vətəndaş siyasi və ya təhlükəsizlik ittihamı ilə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İnsan haqları saytı olan HRANA əlavə edib ki, bu vətəndaşlardan 286-sı kiberməkanda fəaliyyətlərinə və İsrailin İrana hücumu ilə bağlı məzmun dərc etdiklərinə görə tutulub.
Bu hesabata görə, hüquq-mühafizə orqanları və təhlükəsizlik əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə həbs olunanların sayı 537-yə çatıb.
"Amnesty İnternational" da bu yaxınlarda İsraillə əməkdaşlıqda ittiham olunan vətəndaşların geniş şəkildə həbsindən sonra edam və işgəncə riskinin artacağı barədə xəbərdarlıq edib.
Ağarza Elçinoğlu