Göygöldə gənc oğlan göldə boğulub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki sözügedən kənd  ərazisində olan göldə 2007-ci il təvəllüdlü S.Məmmədov  batıb. Həmin şəxs yaxınlıqdakıların köməkliyi ilə göldən çıxarılaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov