ABŞ Rusiyaya Ukraynada nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına müsahibəsində bildirib.
Ceyk Sallivan deyib ki, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton buna qətiyyətlə cavab verəcək: “Biz yüksək səviyyədə birbaşa Kremlə bildirmişik ki, bu halda ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər. Eyni zamanda ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.