Londonda İran səfirliyi qarşısında bir qrup şəxs aksiya keçirib.
"Unikal" “Telegraph”a istinadən xəbər verir ki, əllərində İran bayraqları tutaraq şüarlar səsləndirən 100-ə yaxın aksiya iştirakçısı səfirlik binasına doğru hərəkət etmək istəyib.
Polis buna icazə verməyib və aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.