Rusiya-Finlandiya sərhədindən Vıborq istiqamətində keçən nəqliyyat vasitələrinin sayı sutkada 700-dən çox artıb.
Bu barədə "Unikal" Rusiya Federal Gömrük Xidmətinin (FCS) məlumatlarına istinadən xəbər verir.
Federal Gömrük Xidmətinin məlumatına görə, sentyabrın 25-nə 2,4 min avtomobil Torfyanovka, Brusniçnoye və Svetoqorsk keçid məntəqələri vasitəsilə Rusiyadan Finlandiyaya gedib.
Bundan əvvəl Finlandiyanın yaxın günlərdə rusiyalı turistlərin ölkəyə girişini məhdudlaşdıracağı bildirilirdi.
Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun sözlərinə görə, ruslara dost və qohumlarını ziyarət etməyə icazə veriləcək. Digər ölkələrin Şengen vizaları ilə tranzit qadağan ediləcək.
Ramil Zeynallı