Rusiyanın Ust-İlimsk şəhərində hərbi komissarlığın rəisi Aleksandr Yeliseyev güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs komissarlığa gələrək, “heç kim döyüşməyəcək” deyib və ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində rəis Aleksandr Yeliseyev bir neçə güllə yarası alıb.
Silahlı şəxs hadisə yerindəcə saxlanılıb. Məlumata görə, cinayəti törədən şəxs 25 yaşlı yerli sakin Zinin Ruslandır. Yeliseyev hazırda reanimasiyadadır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Bundan əvvəl Başqırdıstan Respublikasında polisə hücum etməkdə ittiham olunan 42 yaşlı yerli sakinə hökm oxunub.
Bundan əvvəl Krasnoyarsk Kanskda naməlum şəxsin hərbi komissarlığı molotof kokteyli ilə yandırıb. Hadisə sentyabrın 24-nə keçən gecə baş verib.
Gülayə Mecid