ABŞ təyyarələri və hərbi gəmiləri Koreya yarımadası yaxınlığında Cənubi Koreyanın hərbi gəmiləri ilə birgə dəniz təlimləri keçirir.
"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreya donanması açıqlama verib.
Bildirilib ki, təlimin məqsədi “Şimali Koreyanın təxribatlarına cavab vermək üçün güclü qətiyyət” nümayiş etdirmək və müttəfiqlərin birgə dəniz əməliyyatları keçirmək imkanlarını artırmaqdır.
Bəyanatda deyilir ki, təlimdə ABŞ və Cənubi Koreyanın 20-dən çox hərbi gəmisi , o cümlədən ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan USS Ronald Reagan da iştirak edib .
Təlim 2017-ci ildən bəri Amerika təyyarədaşıyan gəmisinin iştirak etdiyi iki ölkə arasında ilk birgə dəniz təlimi olduğu üçün diqqət çəkir.
Seymur Əli