Türkiyə Yunanıstanın ABŞ-ın verdiyi hərbi texnikanı Lesbos və Sisam adalarına göndərməsinə görə hər iki ölkəyə etiraz notası verib.
"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.