Yuxarı Lars keçid məntəqəsində rus əsgərləri peyda olub.
"Unikal" xəbər evrir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Fotolardan görünür ki, əsgərlər sərhədə zirehli texnika ilə gəliblər, silahlıdırlar.
Rusiya FTX-nin sərhəd idarəsi Yuxarı Lars keçid məntəqəsinə zirehli nəqliyyatın göndərildiyini təsdiqləyib. Qurum bildirib ki, keçid məntəqəsinin yaradılması ilə bağlı yayılan xəbərlər yalandır.
Rusiya tərəfi bildirib ki, hazırda keçid məntəqəsi adi rejimdə işləyir və hərbi yaşda olan kişi vətəndaşların çıxışına heç bir məhdudiyyət qoyulmayıb.