ABŞ Dövlət Departamenti keçmiş kəşfiyyatçı Edvard Snoudenə Rusiya vətəndaşlığı veriulməsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki,  Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Snouden ABŞ vətəndaşı olaraq qalır və o məhkəmə qarşısında cavab verməlidir.

“Bizim mövqeyimiz dəyişməyib: Snouden ABŞ-a qayıdaraq məhkəmə qarşısına çıxmalıdır. Yeganə dəyişən şey budur ki, o, RF silahlı qüvvələri sıralarına çağırıla bilər” – deyə Prays vurğulayıb.

20:22

Rusiya prezidenti Vladimir Putin Amerika xüsusi xidmət orqanlarının hərəkətlərini ifşa edən Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.

"Unikal" xəbər evrir ki, bu barədə Vladimir Putin fərman imzalayıb.

Snouden vətəndaşlıq siyahısında 53-cü yerdədir.

2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin ( NSA ) əməkdaşı olan Snouden bütün dünya üzrə vətəndaşların informasiya kommunikasiyalarına Amerika kəşfiyyat orqanlarının nəzarəti ilə bağlı The Guardian və The Washington Post qəzetlərinə məxfi məlumatları təhvil verib. Bundan sonra o, Honq -Konqa qaçıb  və sonra Şeremetyevo tranzit zonasına düşərək siyasi sığınacaq alıb. Sonradan ona müvəqqəti, sonra isə qeyri-müəyyən yaşayış icazəsi verilib. Snoudenin sözlərinə görə, o, 27 ölkədən sığınacaq istəyib, lakin Rusiyadan başqa hamı ABŞ-ın sanksiyalarından qorxaraq ondan imtina edib.

ABŞ-da Snouden mətbuatda məxfi məlumatların yayılması ilə əlaqədar casusluq haqqında qanunu pozmaqda ittiham olunub. Vətənində o, beynəlxalq axtarışa verilib.

Gültəkin Ələsgər