Banqladeşin Pançaqarh bölgəsindəki Karatoya çayında qayığın batması nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib.
"Unikal" xəbər verir ki, Tailand rəsmiləri qəzanın həddindən artıq sıxlıq səbəbindən baş verdiyini və batan qayıqda 100-dən çox sərnişinin olduğunu bildirib.
22-si qadın, 12-si uşaq olmaqla 41 nəfərin həyatını itirdiyini bildirən səlahiyyətlilər, 40-dan çox adamın itkin düşdüyünü, adlarının ailələrindən öyrənildiyini, qəza ilə bağlı 5 nəfərdən ibarət istintaq qrupu yaradıldığını açıqlayıb.
Yerli mətbuatda yer alan xəbərlərdə cəsədlərin cərəyan səbəbindən sürünərək çayın müxtəlif nöqtələrindən çıxarıldığı paylaşılıb.
Çayın sahilində gözləyən ailələr 50 nəfərin hələ də itkin düşdüyünü iddia edib.
Gülayə Mecid