Türkiyənin Xarici İşlər Nazirliyi Məscidül-Əqsaya edilən hücumları pisləyən bəyanat yayıb.
"Unikal" xəbər verir ki, bəyanatda İsrail hakimiyyəti təcili olaraq lazımi tədbirlər görməyə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Radikal İsrail qruplarının işğal olunmuş Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsini pisləyir və qəbuledilməz hesab edirik . Bu, Məscidül-Əqsanın müqəddəsliyini pozur. Biz İsrail hakimiyyətini təhdid edən bu təcrübələrə yol verilməməsi və gərginliyin artmaması üçün dərhal lazımi tədbirlər görməyə çağırırıq”. -bəyanatda deyilir.