Bu gecə səmada Günəş sisteminin ən böyük planeti olan Yupiter görünəcək.
"Unikal" xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Planet 1963-cü ildən bəri Yer kürəsinə ən yaxın məsafəyədək yaxınlaşacaq. Yupiterin Yer kürəsindən ən uzaq məsafəsi 600 mln. mil, ən yaxın məsafəsi isə 367 mln. mildir. Yupiter səhər 05:31-ə qədər görülə biləcək.