Yaponiyada ölkənin keçmiş Baş naziri Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Tokioda “Budokan” idman-konsert kompleksində keçirilir.
Dörd mindən çox insan siyasətçi ilə vidalaşmağa gəlib. Onlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi və digər xarici siyasətçilər də var.
Xatırladaq ki, Şinzo Abe iyulun 8-i Nara şəhərində çıxışı zamanı güllələnib. Abenin cəsədi kremasiya (yandırılıb - red.) olunub.
Seymur Əli