“Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana gəldi. Rəhbər heyətinin sentyabrın 25-dək Ermənistanda qalması planlaşdırılırdı. Lakin bu, baş tutmadı".
"Unikal" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, “Zasın gəlişi Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyi azaltmaq üçün təkliflər vermək məqsədi daşıyırdə.Bununla yanaşı Baş nazir Nikol Paşinyanın KTMT baş katibini qəbul edəcəyi güman edilirdi. Lakin Paşinyan KTMT baş katibini qəbul etməyib. İrəvana gəldikdən 2 gün sonra isə o, Nyu-Yorka yollanıb və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü olub", - deyə bildirib.
KİV qeyd edir ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib.
Ermənistan XİN onun hansı gün getdiyini öyrənə bilməyib.
"Faktdır ki, sentyabrın 22-dən sonra Zas heç bir iclasda iştirak etməyib, onun iştirakı ilə hansısa tədbirlə bağlı mesaj yayılmayıb",- nəşr bildirib.
Gülayə Mecid