Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojya ərazisinə 10 S-300 raketi atıb. İnfrastruktur məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Zaporojya OVA-nın rəhbəri Aleksandr Starux məlumat verib.
"Düşmən yenidən 10 ədəd S-300 raketini rayon mərkəzindəki infrastruktur obyektlərinə endirib. Zərər çəkmiş ərazilərdə yanğınlar başlayıb. Orada xilasedicilər işləyir", - o yazıb.
Seymur Əli