Qazaxıstan hakimiyyəti Rusiya Federasiyası vətəndaşlarının respublikaya gəlişi ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmaq niyyətindədir.
"Unikal" xəvər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Son günlər Rusiyadan bizə çoxlu adamlar gəlir... Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən hökumətə lazımi tədbirlər görməyi tapşırdım. Biz Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin xeyrinə həll edəcəyik”, - deyə Tokayev bildirib.
Onun sözlərinə görə, bu çətin vəziyyətdə insanlıq, səbir və təşkilatçılıq nümayiş etdirilməlidir.
"Bizdə nə böhran, nə də panika var. Hökumət öz işini görməlidir. Xarici ziyarətçilər yardım alacaqlar, lakin onlara heç bir üstünlük verilməyəcək. Bütün işlər qanuna və öhdəliklərimizə uyğun aparılmalıdır”, - deyə Tokayev qeyd edib.
eyni zamanda, Qazaxıstan prezidenti bildirib ki, dövlətlərin ərazi bütövlüyü toxunulmaz olmalıdır.
“Bu, əsas prinsipdir. Mən bu barədə beynəlxalq arenada həmişə açıq və aydın demişəm. Təsadüfi deyil ki, mən bu yaxınlarda BMT-nin ən yüksək kürsüsündən çıxışımda bunu bir daha bəyan etdim”, - deyə respublika rəhbəri əlavə edib.
Məlumata görə, Qazaxıstan hakimiyyəti qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk etmək istəyən Rusiya vətəndaşlarına daimi yaşamaq icazəsi verməmək qərarına gəlib.
Gülayə Mecid