Şimali Osetiyada 5500 avtomobil Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, respublika ərazisində 3600 minik avtomobili sərhədi keçmək üçün gözləyir. O cümlədən regionda 1900 tranzit ağır yük maşını var, onlardan 600-ü keçid məntəqəsindədir.
Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb.
Seymur Əli