İranda ötən sutka ərzində 309 nəfər koronavirusa (COVID-19) yoluxub, 7 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 144 409 nəfər, yoluxanların sayı isə 7,54 milyondan çoxdur. Virus daşıyıcılarından 168 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.