Mariupolda təhlükəsizlik qüvvələri DXR- in Rusiyaya daxil olması ilə bağlı referendum günü terror aktı hazırlayan qızı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.
Referendumun son günü Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı planlaşdıran 1998-ci il təvəllüdlü İrina Navalnaya zərərsizləşdirilib.
Daha əvvəl xəbər verilmişdi ki, Xerson vilayətinin Çernobaevka kəndində rus qoşunlarının hərəkəti haqqında məlumat toplayan və Xersonda terror aktlarının hazırlanmasında iştirak edən Ukraynanın kəşfiyyat-diversiya qrupunun iki üzvü saxlanılıb .
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonna da bəyan edib ki, Avropa İttifaqı DXR, LPR, eləcə də Rusiyanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlara görə yeni anti-Rusiya sanksiyaları tətbiq edəcək. .