"Nüvə obyektlərimizə ciddi ziyan dəyib".
"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi “Əl-Cəzirə” telekanalına müsahibəsində açıqlayıb.
Qeyd olunub ki, jurnalist diplomatdan bir neçə dəfə bu barədə soruşub. O, bir neçə dəfə yayınmalardan sonra nəhayət ki, ABŞ-nin hücumları nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəydiyini təsdiqləyib: "Nüvə obyektlərimizə ciddi ziyan dəyib, bu, şübhəsizdir"
Bəqayi təfərrüatları açıqlamaqdan imtina edib. Lakin etiraf edib ki, iyulun 1-də ABŞ-nin B-2 bombardmançılarının bunkerləri məhv edən bombalardan istifadə etdiyi hücumları əhəmiyyətli təsir göstərib.
Ağarza Elçinoğlu