ABŞ Avropadakı müttəfiqlərinin kritik infrastrukturuna - "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə hücumdan narahatdır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.
"Avropa və NATO müttəfiqlərimizin kritik infrastrukturuna hücumlar bizi narahat edir", - Ağ Evin sözçüsü bildirib.
O qeyd edib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və bu, “bunun arxasında kimin dayandığını” öyrənməyə imkan verəcək. Bununla belə, Jan-Pyer əlavə edib ki, bunun üçün bir az vaxt lazımdır.
ABŞ Dövlət Departamentində çalışan ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen daha əvvəl bildirib ki, "Şimal axını" və "Şimal axını 2" boru kəmərlərində təxribat olub. O qeyd edib ki, ABŞ Avropaya hadisənin araşdırılması səylərini dəstəkləyəcəyinə söz verib.
İsveç təhlükəsizlik xidməti qaz kəmərlərində baş verən sızmalarla bağlı araşdırmaya başlayıb. Onlar hadisənin arxasında xarici qüvvələrin ola biləcəyini istisna etmirlər.
Ramil Zeynallı