Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.