Qəzza zolağının cənubundakı döyüşlərdə israilli hərbçilərin olduğu zirehli maşın partladılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti yazıb.
Bildirilir ki, hadisə nəticəsində yeddi İsrail əsgəri həlak olub. Onların hamısı 605-ci mühəndis batalyonunda xidmət edirdi.
İsrail ordusunun ilkin araşdırmasına görə, bir fələstinli əsgərləri daşıyan zirehli Puma maşınına Xan Yunisdən keçərkən bomba yerləşdirib.
Partlayış avtomobilin alışmasına səbəb olub və onu söndürmək cəhdləri uğursuz alınıb. Yanğın zamanı içəridəki bütün əsgərlər həlak olub.
Yanmış qalıqlar daha sonra Qəzzadan təxliyə edilib.
Gülayə Mecid