"Hərbi qeydiyyatda olan vətəndaşların hərbi komissarlıqların icazəsi olmadan yaşayış yerini, o cümlədən xaricə çıxması qadağandır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında məlumat verib.
""Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” 31 saylı Federal Qanuna əsasən, səfərbərlik elan edildiyi andan hərbi qeydiyyatda olan vətəndaşların yaşayış yerini icazəsiz tərk etmək qadağandır", - deyə spiker yazıb.
Volodin həmçinin bildirib ki, Rusiya sərhədində ölkəni tərk edənlərin siyahıları hazırlanır. O, Rusiyanı tərk edənlərin sərhəddə qoyduğu avtomobillərin Ukraynada xüsusi hərbi əməliyyat iştirakçılarının ailələrinə verilməsinin müzakirəsini təklif edib.
Gülayə Mecid