Kremlin qismən səfərbərlik qərarı Ukrayna üçün təəccüblü olmadı, çünki rus qoşunlarının itkilərinin miqyası dəqiq məlumdur, lakin Kremlin atdığı heç bir addım Ukraynanın öz ərazilərini azad etmək cəhdinə mane olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib.
“Bu, tamamilə gözlənilən hadisə idi. Çünki biz rus qoşunlarının əsl itkilərini dəqiq bilirik. Rusiya-Ukrayna müharibəsinin açıq mərhələsində öldürülənlərin sayı 50 və ya 55 min səviyyəsindədir. Onlar 50.000 ölü və ən azı 100.000 yaralı itirdilər. Üstəlik, bunlar təlim keçmiş əsgərlər idi”, - Reznikov bildirib.
Gülayə Mecid