ABŞ Maliyyə Nazirliyi Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Çin və İrandan olan 10 şirkətə İran neftinin və neft məhsullarının satışına kömək etdiklərinə görə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın yüz milyonlarla dollar dəyərində neft məhsulları və neftinin cənub və şərqi Asiyada son istehlakçılara satışı ilə məşğul olan beynəlxalq şirkətlər şəbəkəsini sanksiyalara məruz qoyub.
Söhbət İran brokerlərindən, habelə Hindistanda (Tibalaji Petrochem Private Limited), Çində (Sierra Vista Trading Limited Ml, Holding Group Limited, WS Shipping Co., Sophychem HK Limited və Zhonggu Storage And Transportation CO), BƏƏ-də yerləşən şirkətlərdən gedir. (Clara Shipping və Virgo Marine). Onlar pul köçürmələrini təmin edib, İran xammalı və neft məhsullarını daşıyıblar.
İran Kimya Sənayesi İnvestisiya Şirkəti və Middle East Kimiya Pars Co. İranın sanksiyalara məruz qalan qurumları arasındadır.
Ramil Zeynallı