Avropada sürətlə yayılan meymunçiçəyi virusuna yoluxanların sayının 24 mini keçdiyi açıqlanıb.
"Unikal" xəbər verir ki, Qitədə yayılan epidemiya ilə bağlı son məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun saytında dərc olunan meymunçiçəyi ilə bağlı yenilənmə hesabatında paylaşılıb .
Hesabatda 27 sentyabr tarixinə Avropada yoluxma sayının 24 622-yə yüksəldiyi, ÜST-nin Avropa regionunda 44 ölkədə virusun olduğu bildirilib.
Əksəriyyəti 31-40 yaş arasında olan kişilərin 96 faizinin eyni cinslə cinsi əlaqədə olan kişilər olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib.
Ən çox yoluxma hallarının 7 min 149 nəfərlə İspaniyada, Fransa, İngiltərə və Almaniyada isə 3 mini keçdiyi paylaşılıb.