ABŞ-ın Florida ştatında "İen" qasırğası nəticəsində 7 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC" telekanalı məlumat yayıb.
Məlumata əsasən, 6 nəfər Şarlot dairəsində, 1 nəfər isə Voluşa dairəsində ölüb.
Bildirilir ki, "İen" qasırğası hazırda tropik fırtınaya qədər zəifləyib. Fırtınanın daxilində küləyin sürəti 29 m/s təşkil edir və fırtına saatda 14 kilometr sürətlə şimal-şərq istiqamətində irəliləyir.