Rusiya hərbi qüvvələri Zaporojye vilayətində humanitar konvoya raket zərbələri endirib.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Aleksandr Starux "Telegram" hesabında bildirib.
Onun sözlərinə görə, sentyabrın 30-da səhər saatlarında Rusiya mülki humanitar avtomobil karvanına raket zərbələri endirib.
Ukraynalı rəsmi bildirib ki, bu şəxslər Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsindəki qohumlarını götürmək və ya ərazidəki yaxınlarına yardım aparmaq üçün müvəqqəti işğal altında olan əraziyə getməyə çalışırmışlar və Rusiya qüvvələri həmin mülki avtomobillərə raket zərbələri endirib.
İlkin məlumatlara görə, humanitar karvanın atəşə tutulması nəticəsində 25 nəfər həlak olub, 28 nəfər yaralanıb. Ölənlərin və yaralananların hamısının mülki şəxslər olduğu bildirilir.