Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk Xalq Respublikalarının ərazilərinə, həmçinin Zaporojye və Xerson vilayətlərinə endirdiyi zərbələri təcavüz aktı kimi qəbul edəcək.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə bildirib.
Peskov qeyd edib ki, 2014-cü il nümunəsində Donetsk vilayətinin sərhədləri daxilində "DXR"-in bütün ərazisi “azad edilməlidir”.
Daha əvvəl bildirilmişdi ki, Zaporojye və Xerson vilayətləri sentyabrın 30-da Rusiya Federasiyasının tərkibinə daxil olacaq. İmzalanma mərasimi Kreml sarayında baş tutacaq.
Gülayə Mecid