İranda bir gündə 538 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda virusdan ölənlərin sayı 144 429 nəfər olub. Bu ölkədə COVID-19-a yoluxanların sayı isə 7,54 milyondan çoxdur.