Azərbaycan təmsilçisi Hüseyn Allahyarov Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

"Unikal" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan tatamı ustası finalda polşalı Yakub Krovskidən güclü olub.

Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (63 kq) də finala vəsiqə qazanıblar.

XXX

18:30

Azərbaycanın 3 cüdoçusu Polşanın Pila şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

"Unikal" xəbər verir ki, qadınlar arasında Aydan Vəliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram), kişilərdən isə Hüseyn Allahyarov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.

Həlledici görüşlərdə A.Vəliyeva ispaniyalı Ayumi Leyva Sançesi, F.Əlizadə gürcüstanlı Nina Loladzeni, H.Allahyarov polşalı Yakub Kurovskini sınağa çəkəcək. Yarımfinalda uduzan Rüfət Şövlətov (73 kiloqram) isə bürünc medal qarşılaşmasında bolqarıstanlı Dimitar Qospodinovla üz-üzə gələcək.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.