Türkiyənin Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 km dərinlikdə qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat verilməyib.